Rusiya Sərkisyanın qardaşını İrəvana geri verir

Rusiya Sərkisyanın qardaşını İrəvana geri verir

Rusiya Baş Prokurorluğu Ermənistan parlamentinin eks-deputatı Levon Sərkisyanın ekstradisiyası ilə bağlı İrəvanın müraciətinə razılıq verib.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Baş Prokurorluğunu mətbuat xidməti yayıb.

Qeyd edək ki, Sərkisyan 2019-cu ildə Zelenoqradda saxlanılıb. O, 2018-ci ildə Ermənistan tərəfindən axtarışa verilib.

Levon Sərkisyan Ermənistanın eks-prezidenti Serj Sərkisyanın qardaşıdır.

Mənbə: axar.az