Onlar əhalini hakimiyyət çevrilişinə sövq etmək istəyir - Deputatdan müxalifətə ETİRAZ

Onlar əhalini hakimiyyət çevrilişinə sövq etmək istəyir - Deputatdan müxalifətə ETİRAZ

"Bu gün dünyanın qlobal koronavirus təhlükəsi ilə üzləşdiyi bir zamanda bütün dövlətlər və xalqlar həmrəylik və əməkdaşlıq çərçivəsində mübarizə aparırlar. Çox təəssüf ki, bir qrup “müxalifət” insanların təşviş və narahatlığından, ən həssas bir dönəmdə də özlərinin çirkli siyasi möhtəkirliyindən uzaqlaşmırlar".

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

"Onlar bu gün koronavirusla mübarizə çərçivəsində görülən işləri təqdir etmək, heç olmasa ehtiyacı olan birisinə kömək etmək əvəzinə, milli birliyimizə kölgə salmağa cəhd edirlər. Yeganə məqsədləri nəyin bahasına olursa-olsun, hakimiyyəti zəbt etmək olan bu avanturist qrup humanist dəyərlərdən məhrumdurlar. Xarici havadarlarının tapşırığını icra edən "5-ci kolon" liderləri Azərbaycanın koronavirusla mübarizədə dünyanın aparıcı ölkələrindən belə, öndə olmasına baxmayaraq, ancaq cəmiyyətdə xaos yaratmağa çalışırlar. Onlar dünyanın çaşqınlıq içində olduğuna baxmayaraq, ölkəmizdə qısa müddət ərzində cənab Prezidentin rəhbərliyi ilə görülən işlərdən - çox çarpayılı hospitalların quraşdırılmasından, qabaqlayıcı tədbirlərdən, 575 çarpayısı olan Yeni Klinikanın və Sumqayıt Kimya Sənaye Parkında tibbi maska və dezinfeksiyaedici maddələr istehsal edən müəssisələrin fəaliyyətə başlamasından bixəbərdilər, ya da öz mənfur niyyətlərindən əl çəkmirlər. Bu qüvvələr, Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinə qoyulan investisiyanın qısa müddətli effektiv olacağını və sonrasında bu qədər maska istehsalına ehtiyac qalmayacağını qeyd edirlər. Bu qədərmi, "5-ci kolon" xalqa düşmən kəsilib? İlk növbədə xalqı düşünməkdənsə, nə qədər gülüncdür ki, açılan müəssisənin guya gələcək aqibətini fikirləşirlər.

Bunlar ümumbəşəri problemdə birlik olub, mübarizəni ifadə etməkdənsə, Azərbaycan büdcəsinin tamamilə əhaliyə verilməsini və sonrakı aylarda əhalini hakimiyyət çevrilişinə sövq etməkdən başqa bir şey deyildir", - deyə Məlahət İbrahimqızı bildirib.

Mənbə: modern.az