"Karantində olan və sağalan xəstələrlə intizamnə ərizəsi imzalayırıq" - TƏBİB sədri

"Karantində olan və sağalan xəstələrlə intizamnə ərizəsi imzalayırıq" - TƏBİB sədri

"Bu gün 3000-dən artıq insanda COViD 19 infeksiyası ilə bağlı yoxlama aparılıb və onlardan 105 nəfərdə koronavirus testi müsbəət nəticə verib".
News24.az-ın xəbərinə görə, bunu bu gün keçirilən mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, hazırda ölkədə 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir: "Ölkədə ümumi koronavirusa yoluxma halı 822-dir, onlardan 63-ü sağalıb, 8 ölüm faktı qeydə alınıb. Ölkədə 53 mindən artıq insanda COVİD 19 testi aparılıb".
TƏBİB rəsmisi bildirib ki, artıq ölkənin bir çox regionlarında lobarotiyalar fəaliyyət göstərir və Gəncədə də bu laboratiya fəaliyyətə başlamaq üzrədir: "Eyni zamanda Şəki və Sumqayıt üçün çox yaxın gələcəkdə laboratoriyalar hazırlanır. Dövlət başçısının göstərişi ilə Naxçıvanda da laborotoriya mərkəzi yaradıldı".
R.Bayramlının sözlərinə görə, istər karantində saxlanılan və COVİD 19 infeksiyasından sağalaraq evə buraxılan insanlarla bağlı müəyyən intizamnamə imzalanır. Bu intizam ərizəsində lazımlı bəndlər yer alır ki, bu infeksiyasının yaranmasının qarşısı alınsıb: "Evdə necə davranılmalıdıır, sağalan xəstə nələrə diqqət etməlidir və nəyə əməl etməlidir".

Mənbə: news24.az