Hikmət Hacıyev: Xaricdə olan vətəndaşlarımızın zərurət yoxdursa ölkələrində qalmaları xahiş olunur

Hikmət Hacıyev: Xaricdə olan vətəndaşlarımızın zərurət yoxdursa ölkələrində qalmaları xahiş olunur

"Xaricdə olan vətəndaşlarımıza təşəkkür edirik. Azərbaycan hökuməti bu dəfə də vətəndaşlarının yanında olub".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dedi.

"15 minə yaxın vətəndaşın çarter reysi il ölkəmizə gətirilməsinə nail olunub. Cənazələrin ölkəmizə gətirilməsi kimi müracətlərə baxılıb. Humanizm prinsipi ilə ölkəmizə həmin cənazələrin daxil olması və dəfni həyata keçirilib. Bu koronavirusla bağlı vəfat edənlər deyildirlər. Xüsusi erhtiyacı olan vətəndaşlarımıza dəstək göstərilir. Zərusi, xüsusi ehtiyacı olan vətəndaşlarımıza aidiyyatı qurumlar dəstəklərini göstərməkdə davam edirlər. Xaricdə olan vətəndaşlarımızın ölkəyə gəlməsində zərurət yoxdursa onların ölkələrində qalmaqları və karantin rejiminə əməl etməkləri xaiş olunur", deyə Prezidentin köməkçisi deyib .

"120 dövlət Azərbaycanın ərazi bötüvlüyünü dəstəkləyib. Dünya koronavirusdan əzab çəkdiyi vaxtda qondarma rejim seçki şousu təşkil etdi. Bu da onların çirkin niyyətlərinin qabarıq şəkildə büruzə verib", deyə Hikmət Hacıyev deyib.

REAL

Mənbə: www.realtv.az