Jose Mourinyo və 4 oyunçu küçəyə çıxmaq qadağasına məhəl qoymur- FOTO

Jose Mourinyo və 4 oyunçu küçəyə çıxmaq qadağasına məhəl qoymur- FOTO

İngiltərədə koronavirus səbəbiylə Liqa oyunlarına ara verilsə də, məşqçi Jose Mourinyo və dörd futbolçu hamının riayət etməli olduğu karantin qaydalarına əməl etməyiblər.

SONXEBER.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, İngiltərədə bütün dünyaya təsir edən koronavirus epidemiyası səbəbiylə oyunlar təxirə salınıb və futbolçulardan karantində qalmaları istənilib. Bu qayda futbolçulara nümunə olmalı olan məşqçi Joze Mourinyo tərəfindən pozulub. Londondakı bir parkda çəkilən fotoda Jose Mourinyo və dörd futbolçunun məşq etdiyi anlar ortaya çıxıb. Mourinyo və futbolçuların sosial məsafə qaydasına laqeyd yanaşdıqları, maskal və əlcəkdən istifadə etmədən meydançaya çıxdıqları müşahidə edilib.

"Tottenham" klubu artıq qaydanı pozanlara xəbərdarlıq edildiyini açıqlayıb.

Şəlalə Babayeva

Sonxeber.az

Mənbə: sonxeber.az