Pekin Cənubi Çin dənizində əməliyyatları bərpa edib

Pekin Cənubi Çin dənizində əməliyyatları bərpa edib

Çində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının azalmasından sonra Pekin Cənubi Çin Dənizində əməliyyatları bərpa edib. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ donanmasının gəmiləri dənizdə əməliyyatları azaldıb.
Qeyd edək ki, 5 ölkə və Tayvan adminstrasiyası arasında mübahisə mövzusu olan, lakin əsasən Pekinin nəzarətində olan Cənubi Çin dənizinin sularında ABŞ Hərbi DənizQüvvələri tez-tez naviqasiya əməliyyatları həyata keçirir.
Hal-hazırda Cənubi Çin dənizində ABŞ-ın mövcudluğu çox azalıb, çünki ölkənin Hərbi Dəniz Qüvvələri bəzi Amerika hərbi gəmilərində koronavirus pandemiyası ilə mübarizə aparır.
Sevinc Əliyeva
Ordu.az

Mənbə: ordu.az