"Nəyisə dəyişə, yaxud, kiməsə yardım verəcək səlahiyyətdə deyiləm…" - deputat

"Nəyisə dəyişə, yaxud, kiməsə yardım verəcək səlahiyyətdə deyiləm…" - deputat

Gün ərzində Hökumətin yardım planına dair durmadan zəng və mesajlar alıram. Ancaq bu məsələ Milli Məclisin həll etdiyi problem deyil. Məsələ ilə Nazirlər Kabineti və dolayısı ilə aidiyyatı nazirliklər məşğul olur. Bu problem deputatın səlahiyyəti xaricindədir, mən nəyisə dəyişə, yaxud, kiməsə yardım verəcək səlahiyyətdə deyiləm.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov seçicilərinə növbəti müraciətində bildirib.
“Yaxud, “142 niyə zənglərə cavab vermir?” kimi sualların da səlahiyyətimə heç aidiyyatı yoxdur. Səlahiyyətim çatan şey, fikirlərinizi çatdırmaqdır ki, məsələ ilə bağlı kifayət qədər aydın mövqeyimi bildirmişəm və açıq məktubla hökumətə müraciət etmişəm”-deyə, o, sözlərinə əlavə edib.

Mənbə: www.dia.az