TƏBİB koronavirusla bağlı riskli şəhərləri açıqladı

TƏBİB koronavirusla bağlı riskli şəhərləri açıqladı

Bakı ilə yanaşı Sumqayıt və Gəncə şəhərləri daha riskli ərazilərdir. Ona görə də böyük şəhərlərdə olan insanların üzərinə daha çox məsuliyyət düşür. Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, böyük şəhərlərdə və ünsiyyətin sıx olduğu yerlərdə koronavirusa yoluxma riski böyükdür.

TƏBİB sədri vurğulayıb ki, insanlar növbəlilik mədəniyyətini formalaşdırmalıdır: "Tibbi ehtiyacları hər cür ssenariyə uyğunlaşdırmaq üçün bir çox göstəricilərə görə, Azərbaycan öndədir. Ayırılmış tibb müəsissələrində mövcud reanimasiya yataqları və resurlar məlumdur. Amma elə ssenarilər ola bilər ki, bunun hazırlığını indidən görməliyik. Buna görə modul tipli tibb müəsissələrinin qurulması prosesinə başlanılıb.

Qeyd edim ki, bu xəstəxanalar digər xəstəxanaların yaxınlığında olacaq. Məqsəd tibbi ləvazimatların səmərəli istifadəsi üçündür. Modul tipli xəstəxanaların texniki işləri artıq başlanılıb. Bu müəssisələrin istifadə olunmaması üçün əlimizdən gələni edəcəyik. Amma vətəndaşlarımız da diqqətli olsunlar".

Aytən Zəhra

Mənbə: azvision.az