Dünya ermənilərin “seçki” oyununu tanımadı

Dünya ermənilərin “seçki” oyununu tanımadı

Ekspertlərin fikrincə, işğal olunmuş ərazilərimizdəki seçki şousuPaşinyanın maraqlarının təmin olunmasına hesablanıb
Azərbaycanın işğal altındakı qondarma rejim tərəfindən keçirilən"prezident və parlament” "seçki”ləri dünya dövlətləri və beynəlxalq təşkilatlartərəfindən birmənalı qarşılanmadı. Bu "seçki”lərin tanınmaması ilə bağlıbəyanatlarda Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində həlledilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması öz əksini tapıb. BMT,Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, Türk Şurası, QoşulmamaHərəkatı kimi beynəlxalq təşkilatlar da Ermənistana bu qondarma rejimə dəstəkolduğu üçün açıq şəkildə "qırmızı kart” göstərmiş oldu. Paşinyan rejiminindünyanı bürüyən koronavirus təhlükəsindən istifadə edərək öz məkrli planınıhəyata keçirmək niyyəti ayrı-ayrı dövlətlərin deputatları və ekspertləritərəfindən də tənqid edildi. Ermənistanın baş nazirinin qondarma rejimi dünyadatanıtmaq cəhdi isə tamamilə iflasa uğradı. Təbii ki, bu gün dünyaictimaiyyətinin Ermənistanın işğalçı kimi tanıdılmasında Azərbaycandiplomatiyasının "hücum taktikası” öz rolunu oynayıb. Bunun nəticəsidir ki,Ermənistanın Qarabağ münaqişəsi ilə bağlı atdığı addımlar beynəlxalq ictimaiyyəttərəfindən qəbul edilmir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Azərbaycanınişğal altında olan ərazilərində separatçı rejim 1991-ci ilin payızındanmövcuddur və həmin vaxtdan etibarən onlar müxtəlif adda "seçkilər” keçiriblər:"Guya ki, özlərinə məxsus "prezident”, "parlament”, "bələdiyyə” "seçki”lərikeçirirlər. Təbii ki, bu qondarma rejim heç bir dünya dövləti, rəsmi qurumlartərəfindən tanınmadığı, qəbul edilmədiyi üçün keçirdikləri "seçki”lərin də heçbir hüquqi əsası yoxdur və tanınmır. Ancaq bütün bunlara baxmayaraq, ermənilərözlərinə belə təskinlik verirlər ki, tanınmasaq da 20 ildən çoxdur biz "varıq”,"mövcuduq” və "fəaliyyət” göstəririk. Ermənilərin bu fikrinin qarşısını almaqüçün hesab edirəm ki, biz Azərbaycan olaraq torpaqlarımızı işğaldan azad etməkistiqamətində əməli fəaliyyətə keçməliyik. Həmin qondarma qurum məhv olmalıdır,onun rəhbərləri Azərbaycan qanunlarını pozduqları üçün hüquqi məsuliyyətə cəlbedilməlidirlər”.
E.Məmmədov qeyd etdi ki, bu gün işğal altındakı Azərbaycantorpaqlarına Ermənistan nəzarət edir: "Çünki bizim torpaqları orada donuzotaran dığa işğal etməyib, bunu Ermənistan edib. Təbii ki, Ermənistanişğalçılıq siyasətini havadarlarının köməyi ilə həyata keçirib. Əlbəttə ki,ermənilərə havadarlıq edənlər hər kəsə bəllidir. Onu da qeyd edim ki, işğalaltındakı mövcud qondarma quruma bütün köməkliklər Ermənistan və rəsmi Yerevanıdəstəkləyənlər tərəfindən edilir. Hesab edirəm ki, bütün bunlara son qoymağınvaxtı çoxdan çatıb. Yəni, Azərbaycan özünün hərbi gücündən istifadə edərək əraziləriniişğalçılardan, separatçılardan, cinayətkarlardan təmizləməlidir, ölkənin ərazibütövlüyü təmin olunmalıdır. Bundan sonra ermənilər nə sərsəm hərəkətlərə yolverə, nə "seçki” keçirə, nə də Azərbaycan qanunlarından kənar addım atabiləcəklər. Hələ ki, bunu edə bilməmişik və onlar da belə hərəkətlərə yolverirlər. Həqiqət isə odur ki, Azərbaycan BMT-nin üzvüdür və bu quruma daxilolan dövlətlər ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını bəyan edirlər.Ona görə də bu günə qədər Qarabağdakı qondarma rejim tanınmadığı üçün keçirdiyi"seçki”lər də qəbul olunmur. Ancaq təkrarən vurğulamaq istəyirəm ki, buməsələyə birdəfəlik son qoymaq lazımdır. Bunu da ancaq Azərbaycan Ordusu edəcək”.
Bakı Politoloqlar Klubununsədri Zaur Məmmədov bildirdi ki, dünyanın bir çox dövlətləri və əksərtəşkilatlar, eyni zamanda ayrı-ayrı ölkələrdən olan deputatlar, ekspertlər birdaha Azərbaycanın ərazi bütövlüyünə dəstəklərini ifadə etdilər: "O cümlədənErmənistan tərəfindən Qarabağda qeyri-qanuni keçirilmiş "seçki”ləri pislədilər.Bütün dünyanın başı koronavirusa qarışdığı bir dönəmdə Paşinyan fürsətdənistifadə edərək Dağlıq Qarabağda "seçki”lər keçirtdi. Onun əsas məqsədi, təbiiki, Dağlıq Qarabağda da Ermənistanda olduğu kimi Koçaryan klanına qalib gəlməkvə nəticədə öz etibarlı adamlarını "vəzifələrə” təyin etməkdir. Nəticənin beləolacağını Paşinyan gözləmirdi. O anlamalıdır ki, Azərbaycan münaqişənin ərazibütövlüyünün təmin edilməsi şərtilə beynəlxalq hüquq çərçivəsində həlliniistəyir. Əgər Qarabağda hər hansı bir "seçki” keçiriləcəksə, bu, təbii ki,Azərbaycanın razılığı ilə olmalıdır. Yerevandan Xankəndinə gələn "siyasətçilər”və Ermənistan ordusunun Qarabağda olması, əlbəttə ki, Dağlıq Qarabağmünaqişəsinin həllini yubadan məsələlərdən biridir. Belə olan halda,ermənilərin bir yolu var, işğal etdikləri torpaqları azad etmək. Amma aydınməsələdir ki, onlar münaqişənin sülh yolu ilə həllinə niyyətli deyillər. Beləolan halda diplomatların yerinə Azərbaycan hərbiçiləri sözünü deyəcək”.
Z.Məmmədov vurğuladı ki, Azərbaycan tərəfindən son illər ərzində orduüçün alınan silahlar, eləcə də 2016-cı ilin aprelində tətbiq edilən yeni müharibəmetodları onu göstərir ki, ordumuz düşməni susduracaq gücə malikdir: "Təbii ki,bütün dünyadakı və ayrı-ayrı bölgələrdəki proseslər, dövlətlər arasındakımünasibətlər həm də qlobal nizamdan və beynəlxalq proseslərdən asılıdır. Bubeynəlxalq proseslər və qlobal nizam uyğun olduğu şəraitdə Azərbaycan mütləqşəkildə öz sözünü deyəcəkdir”.

BƏXTİYAR

 

Mənbə: kaspi.az