Millət vəkili daha 200 ailəyə yardım göndərdi

Millət vəkili daha 200 ailəyə yardım göndərdi

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun 105 saylı seçki dairəsi ərazisində yaşayan daha 200-dən çox ailəyə yardım göndərib.

Bu barədə Axar.az-a millət vəkilinin köməkçisi İlqar Kərimov məlumat verib. O bildirib ki, yardım koronavirus pandemiyasından qorunmaq tibbi maska, spirt, gel və digər dezinfeksiyaedici vasitələrdən, həmçinin ərzaq paketlərindən ibarətdir.

O, yardımların 200-dən çox şəhid ailəsi, aztəminatlı insanlara, eləcə də tənha şəxslərə çatdırıldığını deyib.

İ.Kərimov yardım göstərilən ailələrlə maarifləndirici söhbətlər də apardıqlarını vurğulayıb, sakinlərə cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın çağırışlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyin öz səhhətləri üçün nə qədər vacib olduğunun izah edildiyini bildirib.

Millət vəkili Qənirə Paşayeva isə bu addımın Heydər Əliyev Fondunun başlatdığı böyük kampaniyadan örnək alaraq atıldığını və davamlı olacağını bildirib O, həmçinin 200-dən çox ailəyə göndərilən son yardımın çatdırılmasında onunla bərabər zəhməti keçən tovuzlu iş adamı Nəhayət Nəbiyevə və tovuzlu ziyalı İlahə İsgəndərovaya təşəkkürünü bildirib.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bundan öncə 105 saylı Tovuz seçki dairəsinin ərazisində yerləşən 600-dək Qarabağ müharibəsi veteranı, Qarabağ əlili və şəhid ailəsinə əzraq və tibbi-gigiyenik vasitələr göndərmişdi.

Mənbə: axar.az