Mnatsakanyan Lavrova zəng etdi

Mnatsakanyan Lavrova zəng etdi

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Erməni tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında əsas müzakirə mövzusu koronavirus pandemiyası olub.

Nazirlər, həmçinin Qarabağ konfliktinin həlli, KTMT, Avrasiya İttifaqı, MDB və BMT çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Mənbə: axar.az