Rusiya özünün edə bilmədiyini koronavirusun edəcəyinə ümid edir: Türk ordusu ilə bağlı bəd arzu...

Rusiya özünün edə bilmədiyini koronavirusun edəcəyinə ümid edir: Türk ordusu ilə bağlı bəd arzu...

Xeyli müddətdir ki, türkordusunun Suriyadakı hərbi mövcudluğunu ciddi narahatlıqla izləyən, Türkiyəninbölgədəki aktivliyini heç cür həzm edə bilməyən rus mediası, rəsmi AnkaranınSuriya siyasəyinin dəyişə biləcəyi ilə bağlı yeni iddialarla çıxış edib.

Moderator.az xəbər verirki, Türkiyədəki koronavirus epidemiyasının miqyasını bir neçə dəfə şişirdən, xəstəliyinyayılma sürətini İtaliya ilə müqayisə edən Rusiya, koronavirus xəstəliyiningenişlənməsi fonunda türk ordusunun Suriyadakı hərbi aktivliyinin əhəmiyyətli dərəcədəazala biləcəyini iddia edib. Hətta rus mətbuatı hesab edir ki, koronavirus təhlükəsitürk ordusunun Suriyadan çəkilməsinə səbəb ola bilər.

Maraqlıdır, rus mətbuatındakıbu cür iddialar daha çox anonim həkim və ekspertlərin fikrinə istinadənyayılmaqdadır. Görünən odur ki, Rusiya özünün və Əsəd rejiminin edə bilmədiyinikoronavirusun edəcəyinə ümid edir. Hansı ki, bu yanaşma Rusiyanın Türkiyə və türkordusu ilə bağlı əsl niyyətindən xəbər verir.

Məlumat üçün qeyd edəkki, arzularını reallıq kimi təqdim etməyə çalışan Rusiyada koronavirusunyayılma tempi və sürəti Türkiyədən daha böyükdür. Bundan başqa, türk ordusununguya koronavirus təhlükəsinə görə Suriyadan çəkilə biləcəyi ilə bağlı iddialarcəfəngiyatdan başqa bir şey deyil. Əgər bu ehtimalda reallıq payı varsa, bu, Ermənistandakı102-ci bazasının, eləcə də Abxaziya, Osetiya, Ukrayna, Suriya, Liviyadakı rus hərbçilərinində geri çağırıla bilməsi deməkdir. Çünki koronavirus insanlar arasında dəri,dil və din fərqi tanımır. Onun üçün milli və etnik göstəricilərin hər hansı əhəmiyyətiyoxdur. Bu səbəbdən də Türkiyənin beynəlxalq hərbi-siyasi arenada yaşaya biləcəyiitkilərin on qat artığını Rusiyanın yaşayacağı şübhəsizdir.

Seymur ƏLİYEV

Mənbə: moderator.az