Rusiya hərbçilərinin sanitar qismində  Qarabağa soxulmaq ehtimalı da meydana çıxdı…

Rusiya hərbçilərinin sanitar qismində  Qarabağa soxulmaq ehtimalı da meydana çıxdı…

Aprelin 7-də Rusiyadan Ermənistana işğalçı ölkəyə pandemiya ilə mübarizədə kömək etmək məqsədilə bir təyyarə rus hərbçisi gəlib. Onlar gətrdikləri səyyar laboratoriyalar vasitəsilə xüsusən hərbi hissələrdə və öncə Gümrüdəki 102-ci Rusiya bazasında koronavirusla bağlı testlər keçirəcək.

Moderator.az xəbər verir ki, “Soros” fondu ilə bağlı erməni saytlarından birinin yazdığına görə, rus ekspert Stanislav Tarasov Ermənistandakı Rusiya hərbçilərinin Azərbaycanın işğal altındakı torpaqlarında dislokasiya olunmuş erməni hərbi hissələrində də testlər keçirəcəyini ehtimal edir. O, bildirir ki, Qarabağdakı hərbi hissələr İranla sərhədə yaxın olduğundan onların şəxsi heyətinin koronavirusa yoluxma ehtimalı daha çoxdur. Buna görə də ola bilər ki, ermənilər Rusiyanın köməyi ilə İranla sərhədi daha etibarlı şəkildə qapatmaq barədə düşünsün...

Erməni nəşri qeyd edir ki, Ermənistanın ekspert dairələrində Moskvanın mövcud situasiyadan yararlanaraq öz ordusunu Qarabağa soxmaq cəhdləri barədə çoxdan danışılır.

P.S....

Sultan Laçın

Mənbə: moderator.az