Sarkisyanın ofisi Aprel döyüşlərini araşdıran komisiyaya məktub göndərib

Sarkisyanın ofisi Aprel döyüşlərini araşdıran komisiyaya məktub göndərib

Aprelin 8-də Ermənistanın üçüncü prezidentinin ofisi 2016-cı ilin Aprel döyüşlərini araşdıran istintaq komissiyasına cavab məktubu göndərib. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Köçəryan,

Cari il aprelin 8-də Ermənistanın üçüncü prezidentinin ofisinə göndərilmiş məktubunuzda ofisin suallarına cavab olaraq komissiyanın mövqeyi açıq şəkildə təqdim edilməyib.

Xüsusən, Ermənistanın üçüncü prezidentinin komissiyanın dinləmələrində iştirak edəcəyi təqdirdə iclasın səs yazısını (yaxud video yazısını) almaqla bağlı irəli sürdüyü şərt təmin olunub-olunmayacağı anlaşılan deyil.

Prezident Sarkisyanın iclasda iştirak etmək qərarı sizin cavabınızdan asılıdır. Bu barədə Ermənistanın üçüncü prezidentinin ofisi əvvəlki məktubu ilə məlumat vermişdi”.

Alpər Mövludoğlu
Ordu.az
 

 

Mənbə: ordu.az