Sanders namizədliyini geri götürdü

Sanders namizədliyini geri götürdü

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Prezidenti olmaq istəyən Berni Sanders geri addım atıb.
Demokratlar partiyasından namizəd olan Berni Sandersin namizədliyini geri götürməsi ilə sabiq Prezident Barak Obamanın köməkçisi Co Bayden Donald Trampa qarşı mübarizə aparmalı olacaq.
Berni Sanders açıqlamasında vurğulayıb ki, ölkədə ədalət axtarışları və insan hüquqları müdafiəsi sahəsində senator olaraq fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Berni Sanders ABŞ-ın Vermont vilayətinin senatorudur.

Mənbə: eastnews.org