Hökumətdə məmur oliqarxların sayı kəskin azalıb — Deputat

Hökumətdə məmur oliqarxların sayı kəskin azalıb  — Deputat

Əgər Prezident İlham Əliyevin liderliyi altında yeni komanda formalaşmasaydı koronavirus pandemiyasına qarşı mübarizədə dayanmağımız çətin olardı.

“Ölkə.Az” xəbər verir ki, bunu millət vəkili Zahid Oruc parlamentdə hökumətin illik hesabatı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda Prezident İlham Əliyevin liderliyi altında yeni hakimiyyət komandası formalaşıb.

“Bu gün əminliklə deyə bilərik ki, bu gün hökumətdə məmur oliqarxların sayı kəskin azalıb. Çünki zamanında bu məmur oliqarxlar bir sıra hallarda monopoliya məsələsində və iqtisadi rəqabətdə açıq və gizli rol oynayırdı. Bu məmur oliqarxlar sahibkarların üzərinə gedib onları pullarını zəli kimi sorurdular”, - deputat bildirib.

O əlavə edib ki, məmur oliqarxlar ölkədə gilzi iqtisadiyyatın fəaliyyətində də müstəsna rolu olub.

“Ancaq görülən məqsədyönlü fəaliyyət nəticəsində 2019-cu ildən bəri bu istiqamətdə xeyli iş görülüb və görülməkdədir. Hesab edirəm ki, koronavirus pandemiyası kölgə iqtisadiyyatının üzə çıxmasına müsbət təsirini göstərəcək”- o qeyd edib.

Mənbə: olke.az