Deputat: "Utanmaslar deyərlər koronavirusu Azərbaycan hökuməti yaradıb"

Report — Siyavuş Novruzov

“Bu gün xaricdə oturub Azərbaycan əleyhinə işlər aparan adamlar var”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat deyib ki, onlar utanmaslar deyərlər ki, dünyada koronavirusu Azərbaycan hökuməti yaradıb:

“Özləri xaricdə oturub evdən çıxa bilmirlər. Azərbaycanda vəziyyət nə qədər ağır olsa onlar üçün yaxşıdır. Bunu istəyən iki qrup var: Ermənistan və Azərbaycanı istəməyən qüvvələr”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Kürdəmirdə qadının evindən oğurluq edən şəxs tutuldu

SONRAKI XƏBƏR

Gürcüstanda fövqəladə vəziyyətin müddəti uzadıla bilər