Epidemiya günlərində Qarabağda "ildırım sürətli" müharibə... – EKSPERT MÜMKÜN SAYIRMI?

Epidemiya günlərində Qarabağda "ildırım sürətli" müharibə... – EKSPERT MÜMKÜN SAYIRMI?

"Belə bir variant əsla mümkün deyil”.

Sfera.az-a açıqlamasında bu sözləri dünya güclərinin diqqətinin koronavirusla mübarizəyə qarışdığı bir zamanda AzərbaycanınDağlıq Qarabağı işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamasıçağırışlarına münasibət bildirərkən politoloq Nəzakət Məmmədova deyib.

Həmsöhbətimizin fikrincə, beləçağırışlar primitiv yanaşmadır: "Virusun Dağlıq Qarabağda yayılması barədərəsmi məlumatlar yoxdur. Rəsmi məlumatlara görə, burada ancaq bir nəfəryoluxub. Digər tərəfdən, hətta Qarabağdavirus tüğyan etsəydi də belə, Azərbaycan hərbi əməliyyatlara başlasa dünya ölkəmiziikiqat qınayacaq ki, orada virus olduğu, insanlar xəstəlikdən əziyyət çəkdiyibir zamanda Bakı humanizm prinsiplərini pozaraq hücum edir. Ona görə də virus pandemiyasından istifadəedib, hərbi əməliyyatlara başlamaq çağırışları çox primitiv yanaşmadır. Virusoldu olmadı, torpaqlarımızı azad etməliyik”.

N. Məmmədova bildirdi ki, dünya güclərininrazılığı olmadan sözügedən istiqamətdə addım atmağımız mümkün deyil: "Dünyanınbaşı indi özünə qarışsa da, elə məsələlər var ki, bu super güclər üçün olmazsaolmaz məsələsidir. Dünya siyasətini idarə edən böyük güclər indi daha ayıqsayıqdır, prosesləri daha ciddi nəzarətdə saxlayırlar. Hər bir şey xüsusi sxemüzrə onların nəzarəti altında baş verir. Qarabağ separatçıları qondarma seçkikeçirsə də, beynəlxalq təşkilatlar ona adekvat reaksiya verərək, qondarmaprosesi tanımadı. İndiki dünya nizamı nəzəriyyədə dünya güclərinin qoyduğunizam üzrə gedir. Praktikada isə onlar öz maraqlarına uyğun olaraq başqa cür hərəkətedirlər. Qarabağ məsələsi də dünya güclərininnəzarətindədir ki, orada keçirilən qondarma seçkilə bağlı dərhal tanımadıqlarıbarədə bəyanatla çıxış etdilər. Düz də edirlər. Belədə, indiki vəziyyətdənistifadə edib Azərbaycan hərbi əməliyyatlara başlasa, bu amil də ajiotaj yaradacaq. Qondarma rejimdəkoronavirus yayılmayıbsa, heç nə dəyişməyəcək. Yayılsa belə, Qarabağda hərbiyolla deyil, hansısa formada orada humanitar ekspansiya keçirməyə güc və iradəmizolsaydı, həmin addımımıza bu cür don geyindirmək olardı. Ümumiyyətlə, böyükdövlətlərin razılığı və icazəsi olmadanbu istiqamətdə addım atmağımız mümkün olan məsələ deyil”.

Mənbə: sfera.az