Erməni deputat: “Qarabağ məsələsi siyasi məsələ olsa da, ikinci plana sürüklənən hüquqi həllə də sahibdir”

Erməni deputat: “Qarabağ məsələsi siyasi məsələ olsa da, ikinci plana sürüklənən hüquqi həllə də sahibdir”

“Beynəlxalq münasibətlərdə qanuni şəkildə silahlanmış olmağın çox vacibdir. Siyasət siyasətdir, lakin beynəlxalq münasibətlərdə bütün dövlətlər hüquq dili ilə danışır”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının deputatı Taron Simonyan deyib.

Simonyan qeyd edib ki, Qarabağ məsələsi siyasi məsələ olsa da, ikinci plana sürüklənən hüquqi həllə də sahibdir.

“Çoxlarınız güc dili ilə danışdıqlarını söyləyəcəksiniz, bəli, lakin hüquqi ifadələr vasitəsilə bu gücün dilini ifadə etməyə çalışırlar. Bu münasibətlərdə qalib olmaq istəyiriksə, daim bu alətləri inkişaf etdirməliyik”, - deyə o bildirib.

Simonyan qeyd edib ki, danışıqlar masasına bəzi məsələlər qoyulub: “Bir versiyada Qarabağın Azərbaycana qaytarılması təklif olunur. Bu, bizimüçünheçbirformadaməqbuldeyil”.
 

 

Mənbə: ordu.az