Yeni partiyanın lideri hökuməti hədəfə aldı

Yeni partiyanın lideri hökuməti hədəfə aldı

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyədə yeni yaradılan siyasi partiya DEVA-nın sədri Əli Babacan hökuməti tənqid edib.

Əli Babacan açıqlamasında vurğulayıb ki, hökumət koronavirusla mübarizədə ölkə vətəndaşlarının rifahına xidmət edəcək addımlar atmır.

"Ümumiyyətlə 7 milyon vətəndaş nəzərə alınmır. Hökumət bu prosesdən necə çıxacaq hələ məlum deyil. İnsanların ən az ziyan almasına səbəb olacaq addımlar atılmalıdır", - deyə Əli Babacan diqqətə çatdırıb.

Qeyd edək ki, Türkiyə hökuməti rəsmiləri koronavirusla mübarizədə əlavə yardım paketlərini açıqlayacağına söz veriblər.

Mənbə: Parstoday

Mənbə: eastnews.org