İsrail Dəniz Qüvvələri fələstinli balıqçılara atəş açdı

İsrail Dəniz Qüvvələri fələstinli balıqçılara atəş açdı

İsrail Dəniz Qüvvələri Qəzza zolağının sahilində ov edən fələstinli balıqçılara plastik güllələrlə atəş açıb.

“Qafqazinfo” "TRT Haber"ə istinadən xəbər verir ki, açılan atəş nəticəsində yaralanan 2 fələstinli balıqçının vəziyyəti orta ağır qiymətləndirilir. İsrail tərəfindən hadisə ilə bağlı hələ ki, açıqlama verilməyib.

Qeyd edək ki, Fələstin Balıqçılar Birliyinin verdiyi məlumata görə, Qəzza bölgəsində təqribən 4 min insan balıq ovu ilə ehtiyaclarını qarşılayır.

 

Mənbə: qafqazinfo.az