Pakistan XİN: “Qarabağda “seçkilər”in keçirilməsi münaqişənin dinc yolla həllinin qarşısını alır”

Pakistan XİN: “Qarabağda “seçkilər”in keçirilməsi münaqişənin dinc yolla həllinin qarşısını alır”

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Ayşə Faruki Qarabağda qondarma “seçkilər”in təşkil olunmasının beynəlxalq hüququ açıq şəkildə pozulması olduğunu deyib.

Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

Təşkil etdiyi həftəlik mətbuat konfransında açıqlama verən Faruki bildirib ki, Pakistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməkdə davam edir.

Faruki “Seçki qərarı Ermənistanın Qarabağ probleminin dinc yolla həlli üçün danışıqların qarşısını almaq məqsədilə etdiyi hərəkətlərdən biri olaraq görülür. Pakistan Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını dəstəkləməkdə davam edəcək”, - deyib.

Mənbə: www.oxu.az