Şok: Ərdoğan Ermənistana kömək təklif edib? – Erməni patriarxa zəng

Şok: Ərdoğan Ermənistana kömək təklif edib? – Erməni patriarxa zəng

“Koronavirus pandemiyası ilə əlaqədar Türkiyədə olan Ermənistan vətəndaşları Gürcüstan üzərindən ölkəyə gətiriləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib.

“Ermənistana qayıtmaq arzusunu ifadə edən 70 Ermənistan vətəndaşı Gürcüstan üzərindən daşınır. Onlar Ermənistana gəldikdən sonra 14 günlük karantin rejimində qalacaqlar. Ermənistan vətəndaşlarının köçürülməsi Türkiyə və Gürcüstanın müvafiq xidmətləri ilə razılaşdırılıb”, - Naqdalyan bildirib.

Naqdalyan həmçinin Konstantinopol Patriarxlığının (İstanbul) Türkiyənin Ermənistana koronavirus epidemiyası ilə mübarizədə yardım təklif edə biləcəyi ilə bağlı yaydığı açıqlamaya da toxunub:

“Türkiyə prezidenti ilə telefon danışığı haqda Konstantinopol Patriarxlığının açıqlaması ilə tanışıq. Üçüncü tərəf olaraq buna şərh verməyəcəyik. Hər halda gündəmdə belə bir məsələ yoxdur”.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan ermənilərin İstanbuldakı kilsəsinin patriarxı, arxiyepiskop Saak Maşalyana zəng edərək, dəstək təklif edib. Ərdoğan Ermənistan vətəndaşlarının vətənlərinə qayıtması üçün şərtləri asanlaşdırdığını söyləyib və Ermənistana tibbi kömək etməyə hazır olduğunu bildirdi.

Mənbə: teleqraf.com