İrəvan koronaya görə Türkiyədən yardım istəyəcəkmi?

İrəvan koronaya görə Türkiyədən yardım istəyəcəkmi?

Ermənistan hökuməti 70 vətəndaşını Türkiyədən təxliyə edəcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, vətəndaşlar Gürcüstan üzərindən ölkəyə gətiriləcək.

Jurnalistin koronavirusla mübarizədə İrəvanın Türkiyədən yardım istəyib-istəməyəcəyi ilə bağlı sualına da Nağdalyan “Bu məsələ gündəmdə deyil” cavabını verib.

Mənbə: axar.az