Boris Conson adi palataya köçürülüb

Boris Conson adi palataya köçürülüb

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Boris Conson axşam reanimasiya şöbəsindən adi palataya köçürülüb və sağalmağa doğru gedir.

Trend-in məlumatına görə, bu barədə hökumət başçısının Dauninq küçəsi 10 ünvanında yaydığı bəyanatda deyilir.

Sənəddə deyilir ki, Baş nazir reanimasiya şöbəsini tərk edərək palataya köçürüldü və sağalmasının erkən mərhələsindəki vəziyyəti yaxından izləniləcək: "Onun əhval-ruhiyyəsi yaxşıdır".

Qeyd edək ki, Consonda koronavirus infeksiyası martın 26-da tapılıb.

Mənbə: az.trend.az