Bu ölkədə sosial izolyasiya rejimi qeyri-müəyyən vaxtadək uzadıldı

Bu ölkədə sosial izolyasiya rejimi qeyri-müəyyən vaxtadək uzadıldı

Macarıstan hakimiyyəti koronavirusla mübarizə məqsədi ilə ölkədə tətbiq edilən sosial izolyasiya rejimini qeyri-müəyyən vaxtadək uzadıb. “Qafqazinfo” “İnterfaks”a istinadən bildirir ki, bunu ölkənin Baş Naziri Viktor Orban açıqlayıb.

Daha əvvəl bu tədbirlərin aprelin 11-dək davam edəcəyi gözlənilirdi.

Ölkədə tətbiq edilən sosial izolyasiya rejiminin qaydalarına əsasən, Macarıstan sakinləri yalnız işə, ərzaq mağazası və ya aptekə getmək, eləcə də idmanla məşğul olmaq məqsədi ilə evdən çıxa bilərlər.

Qeyd edək ki, Macarıstanda indiyədək 5,3 min insan koronavirusa yoluxub, 100 nəfərə yaxın şəxs vəfat edib, 240-dan çox pasiyent sağalıb.

Mənbə: qafqazinfo.az