Amerikalı konqresmen koronavirusa görə Çinin cəzalandırılmasını istəyir...

Amerikalı konqresmen koronavirusa görə Çinin cəzalandırılmasını istəyir...

ABŞ Konqresinin respublikaçı üzvü Cim Benks Çin əleyhinə növbəti ittihama imza atıb.

Moderator.az xəbər verir ki, amerikalı konqresmen Çini zamanında koronavirusla gizli mübarizə aparmaqda və virusla bağlı nəticələri uzun zaman cəmiyyətdən gizlədib beynəlxaq təşkilatları məlumatlandırmamaqda, eləcə də sərhədləri bağlamamaqda ittiham edib.

Konqresmenin fikrincə, bütün bu bəlalara səbəb olan dövlət kimi Çin BMT, beynəlxalq məhkəmə və digər təşkilatlar qarşısında cavab verməli, ağır cəzalandırılmalıdır. Konqresdəki həmkarlarına ünvanladığı müraciətdə təcili qərar qəbul edilməsini vacib sayan Benks vurğulayıb: "Çin mütləq dünyaya cavab verməlidir".

BMT-yə, beynəlxalq məhkəməyə, ABŞ-ın dövlət katibi Maykl Pompeoya və baş prokuror Uilyam Barra məktub göndərən konqresmen Çini milyonlarla planet sakininin, eləcə də yarım milyona yaxın amerikalının virusa yoluxmasında əsas günahkar hesab etdiyini yazıb. "Əgər BMT bu məsələdə Çinə təzyiq edə bilməsə, demək, bu təşkilat nüfuzunu və səlahiyyətlərini itirmiş lazımsız bir qurumdur" deyə respublikaçı konqresmen məktubunda bildirib.

Kovid-19 pandemiya elan olunandan bu günədək dəfələrlə Amerika siyasi elitasında buna bənzər fikirlər səslənib, bəşəriyyətə vurduğu maddi və mənəvi zərərə görə Çinin təzminat ödəməsi təklif edilib.

 

Mənbə: moderator.az