Ordumuzda korona var deyə, hücum etməyin, yoxsa...

Ordumuzda korona var deyə, hücum etməyin, yoxsa...

ABŞ-ın Baş Qərargah rəisləri birliyinin rəhbəri general Mark Milley ölkəsinin düşmənlərinin ünvanına xəbərdarlıq səsləndirib.

Axar.az Moderator.az-a istinadla xəbər verir ki, M.Milley Amerika ordusunda koronavirus xəstəliyinin yayılmasını fürsət kimi dəyərləndirən və amerikan ordusunun gücünü sınamağa çalışanların peşman olacağını bildirib.

General qeyd edib ki, əgər kimsə ABŞ ordusuna hücum kimi xam xəyala düşərsə, dəhşətli səhvə yol verdiyini anlamaq üçün o qədər də çox vaxta ehtiyacı olmayacaq.

M.Milley 2 milyon əsgərdən sadəcə 2 min nəfərin koronavirusa yoluxduğunu, bunun ABŞ ordusunun zərbə gücünə hər hansı şəkildə təsir göstərmədiyini vurğulayıb.

Xatırladaq ki, ABŞ Milli Qvardiyasının 381 üzvü də koronavirus xəstəliyinə yoluxub.

Mənbə: axar.az