Rusiyadan sərt tələb: O abidəni bizə verin!

Rusiyadan sərt tələb: O abidəni bizə verin!

Rusiya Müdafiə naziri Sergey Şoyqu marşal İvan Konevin sökülmüş abidəsinin təhvil verilməsi ilə bağlı çexiyalı həmkarına məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, məktubda Şoyqu Praqa-6 rayonunda Böyük Vətən müharibəsinin qəhrəmanı olan marşalın abidəsinin sökülməsindən dolayı təəssüfünü bildirib.

Rus nazir Konevin 1945-ci ildə çex xalqını nasist zülmündən xilas etdiyini həmkarının diqqətinə çatdırıb:

“Xahiş edirik, tezliklə abidəni Rusiyaya təhvil verəsiniz! Sizdən onun göndərilməsi yeri və vaxtı ilə bağlı məlumat gözləyirik. Əgər bununla bağlı maliyyə problemi yaşanarsa, biz ödəməyə hazırıq!”

Qeyd edək ki, 2019-cu ilin sentyabrında Praqa-6 rayon rəhbərliyi sovet marşalının abidəsinin sökülməsi ilə bağlı qərar çıxarmışdı.

Rusiya tərəfi, hətta Çexiya adminstrasiyası da bu addımı kəskin tənqid etmişdi.

Mənbə: axar.az