Trampın reytinqi rekord həddə çatdı

Trampın reytinqi rekord həddə çatdı

ABŞ prezidenti Donald Trampın yeni koronavirusun yayılması fonunda reytinqi andiçmə günündən bəri rekord həddə yüksəlib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu, “Fox News”un aprelin 4-dən 7-dək keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.

Belə ki, sorğunun nəticəsinə əsasən, Trampın fəaliyyətini 48% amerikalı dəstəkləyir. Bu, Tramp üçün indyədək rəy sorğularında əldə olunan ən yüksək göstərici sayılır.

Bundan başqa, respondentlərin 94% -i koronavirusdan narahat olduqlarını bildirib. Sorğuda iştirak edənlərin 76% -i yoluxmaqdan qorxduqlarını etiraf ediblər.

Sorğu ölkə daxilində təxminən 1 100 amerikalı arasında aparılıb. Onlara suallar telefonla verilib.

Mənbə: www.dia.az