Fövqəladə vəziyyət rejimi uzadıla bilər

Fövqəladə vəziyyət rejimi uzadıla bilər

Gürcüstanın Baş Naziri Georgi Qaxariya ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilən fövqəladə vəziyyətin müddətinin uzadılmasını istisna etmir.

Pravda.az-ın xəbərinə görə, hökumət başçısı bildirib ki, fövqəladə vəziyyət rejiminin müddətinin uzadılması ölkədəki epidemioloji vəziyyətin dinamikasından asılıdır.

“Hər şey mümkündür. Hər şey epidemioloji vəziyyətin dinamikasından asılı olacaq, onun pisləşməsi və ya yaxşılaşmasından. Görərik, hadisələr necə inkişaf edəcək. Bizim məqsədimiz – insanların sağlamlığını qorumaqdır”, - Qaxariya deyib.

Qeyd edək ki, Gürcüstanda indiyədək 200-dən çox insan koronavirusa yoluxub, 3 nəfər vəfat edib.Qafqazinfo

Mənbə: pravda.az