Koronavirus üçün testdən keçməyən jurnalist Trampın yanına buraxılmayacaq

Koronavirus üçün testdən keçməyən jurnalist Trampın yanına buraxılmayacaq

ABŞ prezidenti Donald Trampın brifinqlərində iştirak etmək istəyən media nümayəndələri koronavirus üçün sınaqdan keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat Ağ Evin mətbuat xidmətinin 9 aprel cümə axşamı yaydığı hesabatında deyilir.

“Ağ Ev və Ağ Evin Jurnalistləri Birliyi hər kəsin brifinqdən əvvəl ekspress koronavirus testindən keçəcəyini bildirir. Nəticələr brifinqdən əvvəl elan ediləcək” deyib.

Bundan əlavə, Ağ Ev Trampın brifinqlərində jurnalistlərin sayını məhdudlaşdırıb. Bu gündən etibarən onların sayı ciddi şəkildə tənzimlənir və müxbirlər bir-birlərindən məsafədə otururlar.

Bu, Trampı əhatə edən yeganə tədbir deyil. Bundan əvvəl, Ağ Evin mətbuat katibinin müavini Judd Dir Tramp və ya vitse-prezident Maykl Pensin yaxınlığında ola biləcək həkim və təhlükəsizlik işçilərinin hər birinin koronavirusa görə yoxlanılacağını açıqlamışdı.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az