“Bu marketlərdəki rəfləri boş qoymayaq...” – Xanım millət vəkilindən XEYİRXAH ADDIM

“Bu marketlərdəki rəfləri boş qoymayaq...” – Xanım millət vəkilindən XEYİRXAH ADDIM

"Son günlər Azərbaycanın müxtəlifbölgələrində bəzi market sahibləri tərəfindən irəli sürülən humanist

təşəbbüsün şahidi olduq. Biz də qısa zaman çərçivəsində "Deputat Qərargah”ında yaradılmış İşçi

Qrupunun üzvləri ilə birgə operativşəkildə ərazimizdə yerləşən kiçik və irimiqyaslı marketlərlə əlaqəyə

keçərək 10-dan çox market daxilində"Ehtiyacı olanlara öz payından pay ver” guşəsini yaratdıq”.

"……………….” xəbər verir ki, bu sözlərmillət vəkili Könül Nurullayevin seçicilərinə və bütövlükdə ölkə

vətəndaşlarına növbəti müraciətindəndir.

Xeyirxah missiyaya dəstəyini ifadə edənxanım millət vəkili yaradılan həmin güşələri lazımı ərzaq

məhsulları ilə təmin etdiklərini və buestafeti davam etməyi xeyirxah insanlara ötürdüklərini bildirib.

Onun sözlərinə görə, kampaniya ərzindəyaxın ətrafda yaşayan sakinlərin həftədə 1 dəfə olmaq şərtilə

şəxsiyyət vəsiqəsini təqdim etməkləehtiyacı olan ərzaq məhsullarını PULSUZ götürmək imkanı olacaq:

"Bu çətin günlərdə ehtiyacı olaninsanlara yardım etmək hər bir vətəndaşın mənəvi borcudur. İmkanı

olan vətəndaşlarımızı həmin marketlərdəkirəfləri boş qoymamağa çağırıram. Xalqımız hər zaman

xeyirxahlığı, mərhəməti ilə seçilib və buyüksək keyfiyyətlərinə indiki ağır günlərdə də sadiq qalacağına

inanıram”.

Daha sonra millət vəkili "Ehtiyacıolanlara öz payından pay ver” aksiyasında iştirak edən Nizami rayon

ərazisindəki bütün marketlərə (aşağıdaadları və ünvanları qeyd olunub) təşəkkürünü bildirib və digər

marketləri də bu təşəbbüsə qoşulmağa dəvətedib.

Xeyriyyəçilik marafonuna qoşulanmarketlərin siyahısını təqdim edirik. Xatırladaq ki, təşəbbüsə sonradan

dəstək verən marketlərin də adlarısiyahıya əlavə olunacaq.

1. Rüstəmov küçəsi 43, 47 saylı binalarınhəyəti - "Bəxtiyar” market

2. Şərifli küçəsi 104a, 104b saylı binanın həyəti -"Həyat” market

3. Nəsimi küçəsi 28 saylı binanın həyəti - "Həyat” market

4. M.Abbasov 43 saylı binanın həyəti - "Nuray” market

5. E.Süleymanov küçəsi 133 saylı binanın həyətindəki market

6. Q.Qarayev prospekti 69 saylı binanın həyəti - "Qalib” market

7. Naxçıvanski küçəsi 77 saylı binanın həyəti - "Bolluq” market

8. Məhsəti küçəsi 5 saylı binanın həyəti - "Sərxan” market

9. E.Süleymanov 108 saylı binanın həyətindəki market

10. Rüstəmov 66,68 saylı binanınhəyətindəki market

 

Mənbə: sfera.az