“İnternetin sürəti zəifdir deyə deputatlar onlayn qoşula bilmir”

“İnternetin sürəti zəifdir deyə deputatlar onlayn qoşula bilmir”

“Yaşlı deputatların plenar iclaslarda onlayn müzakirələrdə iştirak etməkdə problemləri yaranır. Çünki internetdə sürət arzuolunan səviyyədə deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Xəzər TV-yə qısa müsahibəsində deyib.

O bildirib ki, özü də televiziyada onlayn müzakirəyə qoşulmaqda problem yaşayıb: “Mən sizlə onlayn müzakirəyə qoşula bilmədim. İnternetdə arzulanan səviyyədə sürətin təmin edilməsi problemi var.

Komitələrdəki müzakirələrdə hamı onlayn iştirak edir. Çünki komitədə uzaqbaşı 10 nəfər deputat olur. 10 nəfər arasında bu prosesi tənzimləmək olur. Amma 100 nəfər arasında bunu tənzimləmək çətindir”.

Günel Türksoy

 

Mənbə: qafqazinfo.az