“Paşinyan deyir ki, gündəlik məvaciblə işləyən yoxdur, necə yoxdur?! Uşaqlarım acdır” - ETİRAZ

“Paşinyan deyir ki, gündəlik məvaciblə işləyən yoxdur, necə yoxdur?! Uşaqlarım acdır” - ETİRAZ

“Paşinyan deyir ki, Ermənistanda gündəlik məvaciblə işləyən anlayışı mövcud deyil, necə yoxdur? Mənəm, indi işləmirəm, uşaqlarım acdır”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanda Armine Vardanyan adlı gündəlik məvaciblə işləyən şəxs bildirib.

Onun sözlərinə görə, gündəlik məvaciblə işləyib, müavinət almaq üçün qeydiyyata alınmayıb.

“2 azyaşlı uşağım var, müavinət 29,500 dramdır, ayın 23-də almışam, artıq bitib”, - Vardanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az
 

 

Mənbə: ordu.az