ABŞ-da 2 milyon insan koronavirus testindən keçib

ABŞ-da yeni tip koronavirusa görə testdən keçənlərin sayının 2 milyonu keçdiyi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı məlumat verib.

O, virusla mübarizədə əməyi keçən hər kəsə təşəkkür edərək “İndi nə baş verdiyini və harada dayandığımızı bilirsiniz. Ümid edirəm ki, çox yaxın zamanlarda ölkəmizin çarxları yenidən dönməyə başlayacaq” deyə bildirib.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxanların sayına görə dünya üzrə 1-ci yerdə qərarlaşıb. Ştatlar üzrə 468,566 nəfər koronavirusa yoluxub, 16,691 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda kişi etil spirtindən zəhərlənərək öldü

SONRAKI XƏBƏR

"Heç kim mənə deyə bilməz ki, ailə dağıtmısan" - Afət Fərmanqızı - VİDEO