3 çörəklə özünü reklam edən partiya üzvü - VİDEO

3 çörəklə özünü reklam edən partiya üzvü - VİDEO

Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində elan edilən karantin rejimi ilə əlaqədar yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmaları qadağan edilib.

BAKU.WS xəbər verir ki, həmin şəxslərin ehtiyaclarının qarşılanması üçün cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar səfərbər olublar və yaşlı şəxslərə yardımlar edirlər.

Bəzi şəxslərin isə yardımlar edərkən selfi çəkdirməsi, ehtiyaclı insanların düşdüyü çətin durumu lentə alaraq sosial şəbəkədə paylaşması bir çox insan tərəfindən tənqidlə qarşılanır.

Belə tənqid edilənlərdən biri də Ana Vətən Partiyasının Bərdə rayon təşkilatının sədri olub. O, Bərdədə insanlara çörək paylayarkən uzun çıxışlar edib, çörək gözləyən insanları gözlədib.

Sosial şəbəkədə yayılan həmin kadrlara görə təşkilatın sədri haqqında “3 çörəklə özünü reklam edir” kimi tənqidi fikirlər səsləndirilib.

Məsələ ilə bağlı Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, bu hadisədən xəbərsizdir. O, çörək paylanmasının partiyanın Bərdə rayon təşkilatının sədrinin öz təşəbbüsü olduğunu deyib.

F.Ağamalı belə addımları videoya çəkməyə və paylaşmağa ehtiyac olmadığını söyləyib.

BAKU.WS

Mənbə: baku.ws