Kanada Səudiyyə ilə bağlı qadağanı ləğv etdi

Kanada Səudiyyə ilə bağlı qadağanı ləğv etdi

Kanada Səudiyyə Ərəbistanına silah satışı ilə bağlı qadağanı ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər naziri Fransua-Flipp Şampan və Maliyyə naziri Bil Morno birgə açıqlama yayıblar.

Hər iki nazir bildirib ki, Səudiyyə Ərəbistanı ilə razılaşdırılan zirehli texnikanın satışı yeni müddəalara bağlıdır.

Kanada XİN rəhbəri vurğulayıb ki, yenilənmiş müqaviləni iki ölkə arasındakı münasibətlərin normallaşması kimi qəbul etmək lazım deyil:

“Səudiyyə Ərəbistanının insan haqları mövzusunda mövqeyi bizi narahat edir. İnsan hüquqlarını müdafiə etməyə davam edəcəyik”.

Qeyd edək ki, Kanada Baş naziri Castin Trudo 2018-ci ilin oktyabrında jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra Səudiyyə Ərəbistanına silah satışını dayandırıb.

Mənbə: axar.az