Yəmənə qida və humanitar yardım aparan gəmiləri saxladılar

Yəmənə qida və humanitar yardım aparan gəmiləri saxladılar

Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı Yəmən xalqına humanitar yardım və qida aparan gəmiləri ələ keçirib.


Bu barədə "Ənsarullah" hərəkatı məlumat yayıb.


Məlumatda vurğulanır ki, əllərində beynəlxalq icazə olmasına baxmayaraq, 17 gəmi Cibutidə ələ keçirilib.


"Ənsarullah" hərəkatı Səudiyyə Ərəbistanının gəmiləri dərhal sərbəst buraxmasını və beynəlxalq hüquqa riayət edilməsini tələb edib.

Mənbə: eastnews.org