Koronavirus Qarabağa yayılır

Koronavirus Qarabağa yayılır

Dağlıq Qarabağda daha iki nəfər yeni nöpv koronavirusa yoluxub.

Cebhe.info-nun məlumatına görə, Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələri qeyd edilən açıqlama ilə çıxış edib. Bununla da Dağlıq Qarabağda “Covid-19” virusuna yoluxanların sayı 3 nəfərə çatıb.

Onlardan biri aprelin 7-də virus aşkarlanmış erməninin gəlinidir. Digər şəxsin isə Ermənistan vətəndaşı olduğu bildirilir. O, şəxsiyyət kartını doldurarkən risk zonasına daxil olduğu müəyyən edilib. Onun rest sınaqlarından əvvəl təcrid edildiyi və bu səbəbədn Ermənistana qaytarılacağı xəbər verilir.

Müşfiq Abdulla
Cebhe.info

 

 

Mənbə: cebhe.info