Azərbaycandan Türkiyəyə möhtəşəm dəstək - Koronavirusla mübarizədə tək qoymadılar - VİDEO

Azərbaycandan Türkiyəyə möhtəşəm dəstək - Koronavirusla mübarizədə tək qoymadılar - VİDEO

Azərbaycan bu çətin günlərdə koronavirusla mübarizədə Türkiyəyə dəstək verdi.

EDNews.net TRT-yə istinadən xəbər verir ki, Azərbaycan Təqaüddə olan Hərbçilər Dərnəyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə başlayan koronavirusa qarşı "Milli Həmrəylik" kampaniyasına dəstək verib.

Təqaüddə olan hərbi həkimlər isə öz növbəsində pandemiya qurbanlarının sayının günü-gündən artdığı Türkiyədə virusla mübarizə aparmaq üçün həyata keçirilən tədbirlərə könüllü şəkildə qatılmaq üçün Türk səfirliyinə müraciət edib.

"Türkiyə bizim ikinci vətənimizdir. Virusla mübarizə aparan qəhrəman Türk həkimlərinə dəstək vermək bizim borcumuzdur. Azərbaycan hərbi həkimləri Türkiyədə koronavirusla mübarizəyə öz töhvəsini verməyə tam hazırdır", - deyə təqaüddə olan hərbi həkim Emin Həsənli qeyd edib.

EDNews.net

Mənbə: ednews.net