Bu ölkədə ilk koronavirus hadisəsi görüldü

Bu ölkədə ilk koronavirus hadisəsi görüldü

Çinin Uhan şəhərində meydana gələn və qısa müddət ərzində bütün dünyaya yayılan koronavirus epidemiyası Ərəb Baharından sonra qarşıdurma, böhran, müharibə və xaosun heç vaxt bitmədiyi Yəməndə də görülüb.

Unikal.org məlumat verir ki, koronavirusun görünmədiyi nadir ölkələrdən biri olan Yəmən Səhiyyə naziri Əhməd əl-Ansi məsələ ilə bağlı yazılı açıqlama verib.

Nazir, “Biz virusun yayılmaması üçün bütün tədbirləri görmüşük” deyə bildirib.

Mənbə: www.unikal.org