Əli Mütəhhəri: "Çin səfirinin həyasızlığına cavab verilsin"

GünAz TV: İran Milli Məclisinin deputatı Əli Mütəhhəri Çinin Tehranda akkreditə edilmiş səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasını istəyib.

O, bunu Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpurla səfir arasında yaranmış qalmaqala verdiyi reaksiyada tələb edib.

"Çin səfirinin koronavirusla bağlı hayasızlığına cavab verilsin. Səfir Xarici İşlər Nazirliyinə çağırılmalıdır. Təəssüf ki, Çindən iqtisadi asılı olmağımız Çin hökumətinin bu ölkə müsəlmanlarına (Uyğur türkləri-red..) qarşı törətdiyi böyük zülmlərin qarşısında sakit dayanmağımıza səbəb oldu. Amerika ilə mübarizəmizin Çindən asılı olmağımıza səbəb olması planımız yox idi", - deyə Əli Mütəhhəri "Twitter"də yazıb.

Xatırladaq ki, Kiyanuş Cahanpur martın 5-də koronavirusun bütün dünyada bu formada geniş yayılmasına görə Çini günahlandırmışdı. O bildirmişdi ki, Çinin bu ölkədə xəstəliyə yoluxan və ondan ölənlərlə bağlı təqdim etdiyi qeyri-real və saxta statistikalar digər ölkələrin pandemiyanı adi qrip kimi qəbul etməsinə səbəb olub. Buna görə də, xəstəlik qısa müddətdə bütün dünyanı cənginə alıb. Cahanpur həmçinin Çinin təqdim etdiyi statistikaları "acı zarafat" adlandırmışdı.

Ardınca Çinin Tehrandakı səfiri Cahanpurda bu ölkənin koronavirusla mübarizədə "həqiqətləri və böyük təlaşları"na hörmət qoymağı tələb etmişdi.

İranın Xarici İşlər Nazirliyi, eləcə də "Sepah" terror təşkilatı da məsələyə bildirdikləri münasibətdə Çin səfirinin könlünü almış, Kiyanuş Cahanpuru isə kəskin tənqid etmişdilər.

Yaşanan qalmaqala münasibət bildirən digər deputat Mahmud Sadiqi isə "Sepah"ın reaksiyasına dolayısı ilə işarə edərək, "hərbi qurumlardan birinin bu məsələ ilə bağlı təhdid dili ilə danışması heyrətləndirici və təəssüf verici, eyni zamanda düşündürücüdür".

Ə.A

Gunaz.tv

ƏVVƏLKİ XƏBƏR

Putin koronavirusla mübarizəni türklərlə savaşa bənzətdi - "Hər şey keçər..."

SONRAKI XƏBƏR

"Həkimlər ölən iş yoldaşları üçün ağlayır" – İtaliyada 107 həkim koronavirusun qurbanı olub