Husilər əsir götürdüyü 1670 nəfəri sərbəst buraxdığını bildirib

Husilər əsir götürdüyü 1670 nəfəri sərbəst buraxdığını bildirib

Yəməndəki "Husi" qiyamçıları yeni növ koronavirus (COVID-19) səbəbiylə əsir götürdükləri 1670 nəfəri sərbəst buraxdıqlarını elan ediblər. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qiyamçıların nümayəndəsi Əbdülqədir əl-Murtuza məlumat verib.

O, sərbəst buraxılan şəxslərin BMT tərəfindən tanınan qanuni hökumətin nəzarəti altında olan bölgələrin yerli hakimiyyət orqanlarına təhvil verildiyini söyləyib.

Yəmən hökuməti bu barədə heç bir açıqlama verməyib.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az