İran koronavirusla bağlı sosial təcrid və izolyasiyaya elektron şəkildə nəzarəti bərpa edəcək

İran koronavirusla bağlı sosial təcrid və izolyasiyaya elektron şəkildə nəzarəti bərpa edəcək

İran sabahdan koronavirusla bağlı sosial izolyasiyaya nəzarəti həm də elektron formada həyata keçirəcəyini bildirib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani deyib.

İran prezidenti bu gün Nazirlər Kabineti nəzdində Koronavirusla Mübarizə Mərkəzinin toplantısında çıxışı zamanı bildirib ki, sabah şənbə günündən başlayaraq, ölkədə sosial təcrid və izolyasiyaya nəzarət həm də elektron formada həyata keçiriləcək.

Onun sözlərinə görə Səhiyyə və Daxili İşlər Nazirlərinin koordinasiyası ilə bu addımın həyata keçirilməsi mümkün olacaq.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 4 mini ötüb. Bu ölkədə yoluxanların sayı isə 70 minə yaxındır.

Mənbə: www.interaztv.com