Petrosyanın Aprel döyüşlərini araşdıran komissiya ilə bağlı təklifi nəyi nəzərdə tutur?

Petrosyanın Aprel döyüşlərini araşdıran komissiya ilə bağlı təklifi nəyi nəzərdə tutur?

Epidemiya səbəbindən Ermənistan bu gün ənənəvi müharibələr dövründə olduğundan daha ciddi və təhlükəli müharibə vəziyyətindədir. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan “İlur.am” saytında dərc olunan məqaləsində bu barədə danışıb. Digər məsələlər arasında Ter-Petrosyan Aprel döyüşlərinin detallarını araşdıran parlament komissiyasının işini dondurmağı təklif edir, onun fikrincə, bu komissiyanın fəaliyyəti ölkənin onsuz da gərginləşən atmosferində lazımsız həyəcanlara səbəb olur.

Qondarma qurumun “administrasiya rəhbərinin müavini” Davit Babayan komissiya yaradılan zaman obyektiv istintaqın tərəfdarı olduqlarını xatırladıb.

“Əgər proseslərin gedişatını daha yaxşı başa düşməyə töhfə versə pis olmazdı. Biz bu məntiqi davam etdirməliyik, yəni komissiya bu prosesləri daha dərindən dərk etməyə imkan verən bir platforma olmalıdır. Müxtəlif siyasi məsələlərin həlli üçün bir platforma olacağı təqdirdə təsirli olmayacaq, vəziyyəti olduğu kimi anlamağa imkan verməz. Gələcəkdə hadisələrin bu cür inkişaf edə biləcəyi istisna edilmir və baş verənləri obyektiv anlamaq üçün hər şeyi etməliyik. Biz bu yanaşmanı dəstəkləyirik. Əgər müzakirə olunursa, qoy dərin və obyektiv müzakirə olunsun. Müxtəlif məqamları müzakirə etməli, baxmalı və başa düşməliyik. Hər hansı bir sual yaranıbsa, onlara ağlabatan bir şəkildə cavab verilməlidir. Mən komissiyanı bəzi siyasi məsələlərin həlli baxımından deyil, bu baxımdan nəzərdən keçirirəm. Siyasi problemlərin həlli məsələsi qaldırılarsa, subyektiv və qısamüddətli olar. Gələcəkdə hansı inkişaf proseslərinin olacağını kim bilir, obyektivlik qorunmalıdır”, - deyə o qeyd edib.

Babayan Ter-Petrosyanın komissiyanın işini dondurmaq çağırışı ilə bağlı bildirib ki, o, sıra sırf sağlamlıq və siyasi olmayan əsaslarla belə qərarların verilməsinin tərəfdarıdır.

“Ermənistan Səhiyyə Nazirliyi və müvafiq qurumlar bu nəticəyə gələrlərsə, dərhal bu sağlamlıq normasına əməl etmək lazımdır. Bu, ən yaxşı yoldur”, - deyə o qeyd edib.

Ter-Petrosyanın məqaləsini şərh edən erməni politoloq Robert Qevondyan məqalədə yer alan bəzi ifadələrin bir-birinə zidd olduğunu bildirib.

“Ümumiyyətlə, məqaləni müsbət qiymətləndirirəm, amma çaşqınlığa səbəb olan məqamlar var. Birinci prezident qeyd edib ki, bu vəziyyətdə çağırışlara müqavimət göstərə bilmək üçün hökumət ətrafında birləşmək lazımdır. Nədənsə, eyni tipli həmrəylik birliyi çağırışı Ermənistanın AİƏT qurumuna daxil olduğu 2013-cü ildə edilməmişdi. Əksinə, birinci prezident bunun geridönməz bir həqiqət olduğunu söyləyir və hər baxımdan üçüncü prezidentin siyasətini dəstəkləyirdilər. Buradayenə də üçüncü prezidentə, onun yaxın silahdaşlarına aprel komissiyasını dondurmaq üçün dəstək var və s. Daha yaxşı olardı ki, qarışıqlığa səbəb ola biləcək təfərrüatlar üçün deyil, ümumi konsensusa çağırış etsin”, - deyə o qeyd edib.

Jurnalistin “Belə çıxır ki, komissiyanın işini dondurmaq təklifi Serj Sarkisyana və komandasına müəyyən dəstəkdir, çünki əsas “müttəhimlər” onlardır”, deyə verdiyi suala Qevondyan bildirib ki, Aprel komissiyasının mövcudluğu, ən azı indiki mərhələdə müttəhimləri nəzərdə tutmur.

“Sadəcə detalları araşdıran bir komissiyadır, nəticədə problemin olub-olmadığını və bu problemin bəzi “təqsirkar şəxslərin” fəaliyyət şəraitində yarandığını aydınlaşdırmaqdır. Ancaq birinci prezidentin məqaləsinin ümumi mətni ilə tanış olsaq, həm müsbət, həm də mənfi məqamlar mövcud olduğunu və bunun siyasi sahədə müəyyən rezonansa səbəb ola biləcəyini görə bilərik”, - deyə erməni politoloq qeyd edib.

Onun sözlərinə görə, hökumət ətrafında birləşməyə çağırışın olması, ikinci və üçüncü prezidentlərə medialarını susdurmaq çağırışı müsbətdir.

“Məhz Aprel komissiyasının işini dayandırmaq çağırışı mənfi haldır. Düşünürəm ki, bu komissiyanın fəaliyyəti hər hansı şəkildə maneçilik yaratmır, problem yoxdur. Yəqin ki, ilk prezident çıxışında bir tarazlıq yaratmaq istəyib, amma bu daha çox ümumi bir çaşqınlıq mənzərəsi yaradıb”, - deyə Qevondyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az