Lukaşenkonu hiddətləndirən xəbər: Bir sutkada yoluxma sayında KƏSKİN ARTIM

Lukaşenkonu hiddətləndirən xəbər: Bir sutkada yoluxma sayında KƏSKİN ARTIM

Belarusda koronavirusa yoluxanların sayı kəskin artıb.

Cebhe.info xəbər verir ki, yeni rəqəmləri Səhiyyə Nazirliyi yayıb. Bir sutkada ölkədə virusa yoluxanların sayı 495 nəfər olub. Yoluxma barədə xəbərin ölkə Prezidenti Aleksandr Lukaşenkonun təəccüb və hiddətinə səbəb olduğu deyilir.

10 aprelə olan məlumata görə, ölkədə 1981 yoluxma halı qeydə alınıb. Bundan əvvəl isə 1486 fakt barədə məlumat verilmişdi. 19 nəfər ölüb, 169 nəfər sağalıb.

Hazırda 1793 nəfər müalicə olunur. 72 nəfər süni tənəffüs aparatına qoşulub. Səhiyyə Nazirliyi bəyan edib ki, hazırda vəziyyət nəzarət altındadır. Ən çox yoluxma halı paytaxt Minskdə qeydə alınıb- 807 nəfər. İkinci yerdə Vitebski dayanır- 406 nəfər.

9 apreldə Ümumdünya Səhiyyə Təşkilatı Belarusa müraciətlə məhdudlaşdırma tədbirlərinin daha da sərtləşdirilməsini istəyib. Martın sonunda Aleksandr Lukaşenko xəstəliyi etiraf etsə də, karantin rejiminin tətbiqindən imtina edib.

Xəzər
Cebhe.info

 

 

Mənbə: cebhe.info