Uşaqlara koronavirus barədə necə məlumat vermək olar? - Ombudsman saytın erməni variantını təqdim edir

Uşaqlara koronavirus barədə necə məlumat vermək olar? - Ombudsman saytın erməni variantını təqdim edir

Hüquq müdafiəçisi, psixoloq Seda Musaelyan müəllim Varvara Melkonyan ilə birlikdə koronavirus haqqında uşaqlar üçün beynəlxalq bələdçinin erməni variantını təqdim edir.

KONKRET.az xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistanın İnsan Hüquqları Müdafiə İdarəsinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Koronavirus bələdçi qəhrəmanı kimi uşaqlara özü haqqında danışır, ona qarşı necə müdafiə olunacağını deyir.

Təlimat bu vəziyyətdə olan uşaqlara və valideynlərə hissləri, düşüncələri və qayğıları barədə danışmağa, dostluq münasibətlərini möhkəmləndirməyə və bir-birlərinə dəstək olmağa imkan verir.

Uşağın rəsm çəkə bilməsi üçün ona çap şəklində vəsait təqdim etmək məsləhətdir, çünki hekayələr və oyunları təkrarlamaqla o, öz emosiyalarını sabitləşdirir.

Bu təlimatı bir neçə dildə https://www.mindheart.co/ saytında tapa bilərsiniz” deyə Ombudsman Aparatından verilən açıqlamada bildirilir.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az