Erməni ictimai xadim: “Qarabağdakı polis öz cinayətini ört-basdır etməyə çalışaraq yalan məlumat yayır”

Erməni ictimai xadim: “Qarabağdakı polis öz cinayətini ört-basdır etməyə çalışaraq yalan məlumat yayır”

“Qarabağdakı polis öz cinayətini ört-basdır etməyə çalışaraq yalan məlumat yayır”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Məlumatlı Vətəndaşlar Birliyi” ictimai təşkilatının proqramlar koordinatoru Daniel İoannisyan öz “Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, “polis”də olduğu yerinə görə “seçkilər”də səs verənlərin əlavə siyahıları tərtib olunur, “polis”in saytında dərc olunur və əsas siyahılarla birlikdə məntəqə seçki komissiyalarının sədrlərinə verilir.
“Əgər Qarabağdakı polis növbəti dəfə bu cür absurd məlumat yaysa, məhkəmə qaydasında rədd tələb edəcəyik”, - deyə İoannisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az