Polşa prezidentinin həlak olduğu qəza ilə bağlı - Yeni məlumat

Polşa prezidentinin həlak olduğu qəza ilə bağlı - Yeni məlumat

Rusiya İstintaq Komitəsi 2010-cu ildə Smolensk yaxınlığındakı Tu-154 təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işinin istintaqını davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunur ki, cinayət işi çərçivəsində Rusiya müstəntiqləri dəfələrlə Polşanın səlahiyyətli orqanlarına hava gəmisinin hissələrinin dağıntılarının birgə yoxlanılmasında kömək edib.

“Bütün prosessual hərəkətlərin nəticələri beynəlxalq müqavilələrdə və Rusiya qanunvericiliyində müəyyən edilmiş qaydada Polşa tərəfinə verilib. Ümumilikdə İstintaq Komitəsi Polşa tərəfinin 40-dan çox müraciətini yerinə yetirib”, – deyə İstintaq Komitəsindən bildirilib.

Qeyd edək ki, Polşa Prezidenti Lex Kaçinskinin də göyərtəsində olduğu Tu-154 təyyarəsi 10 aprel 2010-cu ildə Smolensk-Severnıy hava limanına enərkən qəzaya uğrayıb. Nəticədə Polşa nümayəndə heyətinin 96 üzvü həlak olub.

Mənbə: teleqraf.com